Bakının mərkəzində "Qazel"lə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıda yük avtomobili ilə avtoxuliqanlıq edən sürücü həbs olunub. Avtosfer.az xəbər verir ki, 99-SB-604 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin sürücüsü martın 30-u paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib. Ərazidə xidmət aparan yol polisi əməkdaşları sürücünü dayandıran zaman o, polislərin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərib.
Bundan sonra sürücü ərazi aidiyyəti üzrə 39-cu polis bölməsinə aparılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511 və 535-ci maddələri ilə protokol tərtib olunub.
Bu gün Səbail rayon Məhkəməsinin qərarı ilə sürücü Ağayev Rəcəb Fərhad oğlunun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati qaydada həbs tətbiq olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












