Reklam

Balakən Gömrük İdarəsi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edir - Türk iş adamı şikayətçidir

Qaydalar 10 Mart 2021 17:26 Oxunub 2298
Balakən Gömrük İdarəsi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edir - Türk iş adamı şikayətçidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uzun illərdir kənd təsərrüfatı fəaliyyəti göstərən “Baləkən Toxum” MMC-nin direktoru Serhan Keltepe gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlarla bağlı ictimaiyyətə və Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edib. Avtosfer.az xəbər verir ki, 27.02.2021-ci il tarixdə teleqram vasitəsi ilə DGK sədri Səfər Mehdiyevə müraciət edərək Balakən Gömrük idarəsi tərəfindən rəhbərlik etdiyi şirkətin idxal fəliyyətinə əngəl yaradan qanunsuz hərəkətləri barədə məlumat verən iş adamı komitə sədrinə yenidən müraciət edib. O bildirib ki, 22.02.2021-ci il tarixdə Türkiyə Respublikasından ixrac edərək ölkəmizə gətirdiyi gübrələri Balakən Gömrük idarəsində rəsmiləşdirmək üçün müraciət edib: “Qaydalara uyğun olaraq tərtib edilmiş 01211000057393 nömrəli gömrük bəyannaməsi ilə “NOVA BOR” adlı mineral gübrənin, mineral gübrə olmasına dair Mərkəzi Gömrük Ekspertiza İdarəsindən rəy, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin verdiyi Şəhadətnamə və aqrokimyəvi maddələrin idxalına dair mötəbər dövlət qurumlarının rəylərinin olmasına baxmayaraq (sənədlər əlavə olunur), Balakən Gömrük idarəsinin rəisi tərəfindən qanunsuz olaraq həmin gübrə məhsuluna ƏDV tətbiq edilməsi barədə göstəriş verilib. Buna etiraz etdikdə rəsmiləşdirmə prosesi gömrük idarəsinin rəisi tərəfindən dayandırılıb. Məhsulun Türkiyədən daşınmasını həyata keçirən nəqliyyat vasitəsi günlərdiki saxlanılmışdır. Bu qanunsuzluqdan əlavə 15.02.2021-ci il tarixdə idxal etdiyimiz mineral gübrə məhsuluna ƏDV hesablanmış və sonradan gübrə olunduğu tam təsdiqini tapsada problem bu günədək həll edilməmişdir (sənədlər əlavə olunur). Balakən Gömrük idarəsinin rəhbərliyinin bu qanunsuz hərəkətləri nəticəsində şirkətin qanunla qorunan mənafeyi pozulub, maddi zərərlə üzləşmişik. Səbəb olaraq deyirlər ki, Azərbaycan Respublikasının gömrük sistemində həmin kodun olmaması və malın kodu ixrac bəyannaməsində 382499969068 olaraq göstərilməsidir, lakin beynəlxalq standartlarda bu kod gübrə olaraq qəbul edilir. Eyni zamanda məlum olduğu kimi Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə əsasən mineral gübrənin idxalı və satışı ƏDV-dən azaddır.

Təəsüf ki, Balakən Gömrük idarəsinin bu qanunsuz hərəkətlərinin məqsədi fəliyyətini şəffaf şəkildə quran sahibkarları çətin vəziyyətə salmaqdır”.

Qeyd edək ki, ölkəyə idxal edilən gübrə kənd təsərrüfatında məhsuldarlığın artırılması, fermerlərin daha yüksək məhsul əldə etməsi, rəqabətədavamlı, sağlam məhsul yetişdirilməsi üçün vacib maddələr ehtiva edən gübrədir. İş adamı Balakən Gömrük idarəsi tərəfindən sahibkarlıq fəaliyyətinə yönəlmiş qanunsuz müdaxiləsinə son qoyulmasını tələb edib. O, məsələnin daha geniş auditoriyaya çatdırılması və dövlət rəhbərliyinin də diqqətinin cəlb etmək məqsədilə yaxın günlərdə Bakıya gələrək üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirəcəyini də əlavə edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, “Balakən Toxum” MMC-nin Balakən gömrük postuna 15 fevral 2021-ci il tarixdə 3824999609 XİFMN kodu altında bəyan elədiyi “NOVA CROP ZN10 1LT”  yükü “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”-nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən idxal rüsumu və əlavə dəyər vergisindən azad olmadığı üçün gömrük ödənişlərinə cəlb edilib  və rəsmiləşdirilib.  Bununla bağlı “Balakən Toxum” MMC-nin heç bir etirazı olmayıb.

26 fevral 2021-ci il tarixdə isə “Balakən Toxum” MMC eyni kod altında “NOVA BOR” yükünü  Balakən gömrük postuna bəyan edib. Bu zaman “Balakən Toxum” MMC-nin nümayəndəsi tərəfindən 15 fevral və 26 fevral tarixlərində bəyan olunan hər iki yük üçün ekspert rəyi təqdim edilib. Lakin götürülən nümunələrin hansı yükdən götürüldüyü məlum deyil. Belə ki, 26 fevral tarixində bəyan edilən yükün olduğu nəqliyyat vasitəsi hal-hazırda gömrük təminatı altındadır. Həmçinin “Balakən Toxum” MMC-nin nümayəndəsinin təqdim elədiyi bütün sənədlərdə yükün kodu 3824999609 XİFMN kodu altında göstərilib. Balakən gömrük postunda 3824999609 XİFMN kodu altında bəyan edilən “NOVA BOR” yükünün 15 fevral tarixində rəsmiləşən “NOVA CROP ZN10 1LT”  yükü kimi idxal gömrük rüsumu və əlavə dəyər vergisinə cəlb edilməli olduğu “Balakən Toxum” MMC-nin nümayəndəsinə izah edilib.  Buna baxmayaraq “Balakən Toxum” MMC  buna  öz etirazını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh