Bakıda "Ravon"la “avtoş”luq edib iki maşını əzən sürücü həbs edildi - FOTO-VİDEO

Bakınının Binəqədi rayonunda dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini 1987-ci il təvəllüdlü Zahir Zalov dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə, Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə ona “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq hərəkətlərini davam etdirib.
Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.
Sürücü barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməkə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.
Namiq Musayev

Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












