Binədə "protiv" getmək adi hala çevrilib: DYP-nin nəzərinə - VİDEO

Binədə əks istiqamətə çıxan avtobus sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Binə qəsəbəsinin Əli İsazadə küçəsində 160 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-JK-696 qeydiyyat nişanlı marşrut avtobusu yolun sol hərəkət hissəsi ilə axına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradıb. Sürücü bir müddət əks istiqamətdə getdikdən sonra ayırıcı zolağın kəsiyindən sağa keçərək öz istiqamətinə qayıdıb.
Bu qəsəbədə əks istiqamətə çıxmaq adi hala çevrilib. Səhər saatlarında avtobus sürücüləri, uşağını məktəbə aparan və işə gedən şəxslərin böyük əksəriyyəti tıxaca düşməmək üçün əks istiqamətə çıxaraq yollarını qısaldırlar. Lakin həmin ərazidə Xəzər rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları xidmət aparmır. Sürücülər məsuliyyətdən kənarda qaldığı üçün rahatlıqla əks istiqmətə çıxır.
Ümid edirik ki, DYP idarəsi həmin sürücülərə qarşı sərt tədbirlər görməyə başlayacaq.
Əks istiqamətdə hərəkət edən 160 nömrəli avtobusun daşıyıcı şirkəti olan "Çinar Trans"dan Avtosfer.az-a bildirilib ki, həmin vaxt yolun hərəkət hissəsində yük maşını dayandığı üçün avtobus məcburi olaraq əks istiqamətdə hərəkətdə olub.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












