Binəqədidə vaxtından əvvəl yolayrıcına girən sürücülər hərəkəti əngəllədi - VİDEO

Paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Səttar Bəhlulzadə küçəsinin kəsişməsində qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 25-də saat 08:34 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-DD-015 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun son saniyələrində yolayrıcına daxil olub. Ardınca 77-PY-966 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü işıqforun sarı işığına əhəmiyyət vermədən hərəkətini davam etdirib. Nəticədə yolayrıcına daxil olan sürücülər sol tərəfdən gələn nəqliyyat axınına mane olaraq hərəkəti iflic vəziyyətinə salıblar.
Qanunvericilik və təhlükəsizlik baxımından hər bir sürücü yolayrıcına yalnız işıqforun yaşıl işığında, hərəkətin tam təhlükəsiz olduğu vəziyyətdə daxil olmalıdır. Sarı və qırmızı işıqlar aktiv olan zaman yolayrıcına girmək, yalnız özünü deyil, digər yol iştirakçılarını da təhlükəyə atır və ağır inzibati məsuliyyət yaradır. Sürücülər hər zaman digər avtomobillərin və piyadaların hərəkətini nəzərə almalı, ani manevrlərdən çəkinməli və yolayrıcına daxil olduqda heç bir maneə yaratmamalıdırlar. Bu, həm qəzaların qarşısını almaq, həm də yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün əsas prinsiplərdəndir.
Nərmin
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO












