Karantin vaxtı Bakıda təkər qaldıran iki "avtoş" - VİDEO

Bakıda avtoxuliqanlıq edən iki sürücünün görüntüsü öz tanışları tərəfindən qeydə alınaraq sosial şəbəkədə yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 90-HX-242 qeydiyyat nişanlı və 99-TB-248 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobillərin sürücüləri karantin rejimi dövründə paytaxtın müxtəlif küçələrində hərəkət edərək avtoxuliqanlıq ediblər. Onlar avtomobillə iki təkər qaldırır, əl əyləci ilə avtomobili fırladır və müxtəlif manevrlərlə təhlükəli hərəkət edirlər. 90-HX-242 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü bir neçə videoda qeydiyyat nişanlarını çıxararaq hərəkət edib və paytaxtın Azneft dairəsindəki karantin postuna qeydiyyat nişanları olmadan əks istiqamətlə daxil olaraq polisləri ələ salmağa başlayıb.
Qeyd edək ki, həmin sürücülərin idarə etdikləri avtomobillərin konstruksiyasında da ciddi nöqsanlar var.
Ümid edirik ki, hüquq mühafizə orqanlarının əməkdaşları avtoxuliqanlıq edən hər iki şəxs barədə qanunamüvafiq tədbir görəcək.
Təbriz
İçki içdikdən bir gün sonra sükan arxasına oturmaq qanun pozuntusu sayılır? - VİDEO
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş











