Bakıya gizli yolla sərnişin daşıyan sürücülər həbs edildi - VİDEO - FOTO

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Daxli İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub. Əməliyyat zamanı sürücülərə xüsusi karantin postundan kənar torpaq yolla keçməyə bələdçilik edən Ələt qəsəbəsi sakini Elməddin Xəlilov da saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.
Saxlanılan şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Azər Aslanov və Elməddin Xəlilov 15, Zaur Kərimov, Ruslan Hüseynli və Teymur Kərimov müvafiq olaraq 10 gün inzibati qaydada həbs ediliblər. Sərnişin kimi icazəsi olmadan Bakı şəhərinə gəlmək istəyən Oqtay Qədirova isə ciddi xəbərdarlıq edilib və o, 200 manat məbləğində cərimə olunub.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO




















