Bu cür hərəkət etməyin: Sonu faciə ilə bitə bilər - VİDEO

Sürətli yolda manevr qaydasını pozan sürücünün təhlükəli hərəkətləri kameraya düşüb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 10-DV-112 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü martın 6-ı gecə saatlarında Bakı dairəvi yolunda hərəkət edən zaman yolu səhv salıb. Bu səbəbdən sürücü geriyə hərəkət edərək yolayrıcından sağa- Yeni Yasamal istiqamətinə getmək istəyib. Onun bu hərəkəti arxadan gələn nəqliyyat vasitələrinə real təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü təhlükəni görən anda sürətini azaldaraq toqquşmanın qarşısını ala bilib.
Qeyd edək ki, sürücülərin törətdiyi bu cür qayda pozuntularına görə dəfələrlə faciəvi şəkildə qəzalar baş verib. Təəssüflər olsun ki, bu hərəkətin nə ilə nəticələnə biləcəyini heç kim öncədən düşünmür. Sürücülərə tövsiyə edirik ki, getmək istədikləri istiqaməti vaxtında düzgün seçmədikləri halda dayanıb geriyə hərəkət etməsinlər. Qarşıdakı ən yaxın yolayrıcından istifadə etməklə getməli olduqları yerə təhlükəsiz şəkildə hərəkət edə bilərlər. Bir neçə yüz metr məsafə və yaxud bir neçə dəqiqə vaxt itirməklə həm öz həyatlarını, həm də digər insanların həyatını qoruya bilərlər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












