Bu cür maşın sürən sürücülərinin diqqətinə! - Cərimə yazıla bilməz

Son zamanlar sürücülər avtomobillərində etdikləri dəyişikliyə görə yol polisləri tərəfindən haqsız saxlanıldıqlarını və avtomobilin duracağa aparıldığını bildirirlər. Bir neçə "Mercedes Vito" və "Sprinter" sürücüsü Avtosfer.az">Avtosfer.az-ın elektron ünvanına yazaraq bildirir ki, "bəzən hər hansısa bir yükü və ya cənazəni aparan zaman salonda olan oturacaqları sökməli oluruq. Yol polisi əməkdaşları oturacağın söküldüyünü aşkarladıqda konstruksiya dəyişikliyi etdiyimizi bildirərək avtomobili duracağa aparır".
Avtomobilin oturacağını söküb yük daşımaq olar yoxsa yox?
Qeyd edək ki, avtomobilin oturacağını sökmək həqiqətən də konstruksiya dəyişikliyidir. Lakin qanun buna heç bir qadağa qoymur. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində qeyd olunub ki, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulub. Bu maddədə aydın şəkildə yazılıb ki, "normativ tələblər pozulmaqla avadanlıq quraşdırılanda və ya dəyişdiriləndə" sürücü məsuliyyətə cəlb olunur. Bu o deməkdir ki, sürücü məsuliyyətə cəlb olunması üçün normativ tələbi pozmalıdır.
Avtomobilin oturacağını çıxarıb (sürücünün oturacağı istisna olmaqla) yük daşımaq və yaxud oturacağı təmirə vermək normativ tələbi pozmur. Əgər çıxarılmış oturacağın yerində sərnişin daşınarsa bu zaman sürücü sərnişin daşıma qaydasını pozduğuna görə məsuliyyətə cəlb oluna bilər.
Qanunvericilikdə göstərilən "normativ tələbin pozulması" o zaman ola bilər ki, sürücü avtomobilə əlavə oturacaq yerləşdirsin. Bu zaman avtomobil duracağa aparıla və sürücüyə 150 manat cərimə yazıla bilər. Lakin avtomobilin sərnişin oturacaqları çıxarılırsa buna görə sürücü məsuliyyətə cəlb oluna bilməz.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













