Bu nişan olan yerdə maşında gözləyən sürücüyə cərimə yazıla bilər? - İZAH

Sürücülər tərəfindən törədilən qayda pozuntularından biri də dayanma-durma qaydalarıdır. Bu qayda pozuntularını törədib inzibati məsuliyyətə cəlb olunan sürücülər redaksiyamıza çoxsaylı şikayətlər ünvanlayaraq bildirirlər ki, 3.28 durmaq qadağandır nişanının təsir sahəsində dayanıb avtomobildə gözlədiyimiz halda bizə cərimə yazılıb.
Bu nişanın təsir sahəsində avtomobildə olduğunuz halda sizə cərimə yazıla bilər?
Qanunvericilikdə qeyd olunub ki, 3.28 nişanının təsir sahəsində yalnız adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması zamanı dayanmaq olar. Yəni bu nişanın təsir sahəsində sürücünün dayanmasına o şərtlə icazə verilir ki, avtomobilə ya adamlar minib-düşsün, ya da yük vurub yük boşaldılsın. Bu hallar yoxdursa deməli, nəqliyyat vasitəsi durmuş hesab olunur.
Sürücülər düşünür ki, əgər avtomobilin mühərriki işlək vəziyyətdədirsə və ya avtomobilin sükanı arxasında əyləşiblərsə onlara heç kim cərimə yaza bilməz. Əsasən bu problemlə taksi sürücüləri üzləşir.
Qeyd edək ki, nəqliyyat vasitəsi 3.28 nişanının təsir sahəsində dayanan kimi sərnişin dərhal düşməli və ya minməlidir. Bu halda inzibati xəta tərkibi yaranmır. Lakin sərnişin və ya sürücünün özü qeyd olunan nişanın qüvvədə olma sahəsində dayanıb mağazaya və yaxud yaşadığı ünvana gedib qısa bir zamanda qayıdırsa nəqliyyat vasitəsi durmuş hesab olunur. Bu halda yazılmış cərimə tam olaraq qanunidir.
Təbriz Yusubov
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












