Bu sürücülər yaşıl işıqda keçsələr belə cərimələnəcəklər - VİDEO

Əksər sürücülər yolayrıcının keçilməsi qaydasını hələ də bilmirlər. Avtosfer.az xəbər verir ki, bu sürücülər əsasən tıxac zamanı yolda daha da gərginlik yaradırlar. Belə ki, yaşıl işığın yanmasını əsas götürən sürücülər yolayrıcından o tərəfdə tıxac olmasını nəzərə almayaraq hərəkətə başlayırlar. Nətəcidə yolayrıcında qalaraq digər istiqamətdən gələn sürücülərin yolunu kəsirlər. Belə olan halda yolayrıcının bütün istiqamətlərində tıxac yaranır. Bu isə yaranmış düyünün üzərinə daha bir düyün vurur və tıxacın gərginləşməsinə gətirib çıxarır.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.
Bu xətanı törədən sürücülər 3 bal 80 manat məbləğində cərimə oluna bilərlər.
Könül
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












