Bu velosiped sürücüsündən qaçın - Qayda pozub şər atır - VİDEO

Binə qəsəbəsində manevr qaydasını pozan velosiped sürücüsü digər sürücü ilə mübahisə edib. Avtosfer.az xəbər verir ki, velosipedçi qeydə aldığı videonu paylaşaraq öz səhvini ifşa edib. Belə ki, qarşısında "Ford" markalı avtomobilin park etdiyini görən velosiped sürücüsü sola manevr etməyə başlayıb. Bu zaman "Opel" markalı avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb. Bu azmış kimi onu dayandıraraq mübahisə etməyə başlayıb. Avtomobilin sürücüsünə "velosipedçiyə yol ver, ağıllı ol, düşək başqa cür danışaq" kimi ifadələr işlədərək mübahisəni davaya çevirməyə çalışıb. Hansı ki, qaydanı pozan da özüdür. Daha sonrakı videoda qeyd edir ki, "Ford"un sol tərəfinə keçən zaman az qala "Opel" məni arxadan vuracaqdı. Əslində bunun səbəbkarı özüdür. Qanunda qeyd olunub ki, manevrə başlayan sürücü bunun təhlükəsiz olmasına əmin olmalıdır. Həmin maddədə qeyd olunub ki, zolağını dəyişən sürücü qonşu zolaqda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bir sözlə, "Opel"in sürücüsü öz yolunu gedən vaxtda, velosiped sürücüsü onun qarşısına çıxaraq qaydanı pozur və özünü haqlı çıxarır.
Könül
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












