Bu yolda piyadaların həyatı təhlükədədir - VİDEO

Avtomobillər sürətlə hərəkət edir, piyadalar isə yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər. Bir sözlə, bu yolda piyadaların həyatı təhlükədədir.
Paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində salınan parka istirahət etmək məqsədi ilə gələn vətəndaşlar,yolu keçən zaman təhükə ilə üz-üzə qalırlar. Çünki, yola piyada zolağı çəkilmədiyindən vətəndaşlar yolu necə gəldi keçirlər. Nəzərə alsaq ki, avtomobillər bu yolda sürətlə hərəkət edir, deməli, hər an piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır.
Avtomobil yolunda piyada zolağı olmasa da, Bakı Nəqliyyat Agentliyi tərəfindən yola piyadalar üçün işıqfor quraşdırlıb. Ancaq işıqfor da işlək vəziyyətdə deyil.
Yaxınlıqda yeraltı piyada keçidi də var, lakin keçmiş "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işləri aparıldığından bu piyada keçidi müvvəqəti bağlanıb.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinə məlumat verdik. Qurumdan bildirildi ki, yaxın günlərdə piyadaları narahat edən bu məsələ həll ediləcək. Bu məqsədlə yola piyada zolağı çəkiləcək və həmin işiqfor da işə salınacaq.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












