Çağırışa gedən təcili yardım maşını qəzaya düşdü: Yaralılar var - VİDEO

Zaqatalada çağırışa gedən təcili tibbi yardım maşını qəzaya düşüb. Hadisə bu gün Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Muxax kənd sakini Qurban Mahmudovun idarə etdiyi “VAZ-21064” markalı minik avtomobili ilə çağırış yerinə gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-21064” markalı avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












