Dayanma-durmanı qadağan edən nişan olmasa belə bu yerdə cərimələnə bilərsiniz - VİDEO

Sürücülərin ən çox pozduğu qaydalardan biri də dayanma-durma qaydalarıdır. Cəriməsi az miqdarda olsa da, törədilən pozuntu sıxlığa, tıxaca və hətta qəzaya səbəb ola bilir. Qaydalardan xəbərsiz olan sürücülər bəzən elə düşünür ki, dayanma-durma yalnız nişanla məhdudlaşdırılır. Lakin bu həmişə belə deyil. "Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsində dayanma-durmanın hansı hallarda qadağan olunduğu aydın şəkildə qeyd olunub. Bunlardan biri də yolayrıcına və ya kəsişmə yerlərinə 5 metrdən yaxın dayanmaqdır.
Paytaxtın Mikayıl Müşviq küçəsində qeydə alınan videogörüntüdə "Nissan" markalı avtomobil döngəyə 5 metrdən yaxın dayandığı üçün geriyə dönən avtomobil manevri başa çatdıra bilmir. Qanunda tələb olunan 5 metrlik məsafə məhz bu cür manevrlərin rahat şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulub. Qanunun bu tələbini pozan sürücülər 20 manat məbləğində cərimə oluna bilərlər.
Bir sürücü öz rahatlığını təmin etmək üçün qaydaları pozursa, düşünməlidir ki, yüzlərlə sürücü buna görə əziyyət çəkir.
Təbriz Yusubov
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












