DİN-dən karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq

Koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan olunmasıdır. Bu qaydanı pozan şəxslər barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə protokolları tərtib edilir. Əksər şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar.
Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxıb gedim. Onsuz da ödəməyəcəyəm” reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdəki rəylərdən göründüyü kimi, bu fikirdə olanlar az deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər: “Deyilənlər tamamilə yanlış və qeyri-ciddi fikirlərdir. Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsi mexanizmi mövcuddur. Karantin rejimi qaydalarını pozan şəxs barəsində tərtib edilən protokoldan, qanunvericiliyə müvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün vaxt verilir.
Yəni vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. On gün ərzində şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.
Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndəriləcək ki, cərimə məbləğini dərhal ödəsinlər. Ödənişdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa saxlanılacaq və cərimə ödənilənədək cərimə meydançasında qalacaq.
Cərimələrin ödənilməsi üçün məcburetmə üsullarının hamısından istifadə olunacaq. Karantin rejimini pozduğuna görə barəsində inzibati cərimə tətbiq edilənlər bilməlidir ki, həmin məbləği mütləq şəkildə, vaxtında ödəməlidirlər. Əks təqdirdə, barələrində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












