Agentlik tərəfindən texniki baxış davam etdirilir - VİDEO - FOTO

Sentyabrın 3-də P-Aqro MMC-nin Bərdə rayon filialının traktor parkında Aqrar Xidmətlər Agentliyinin Bərdə Dövlət Aqrar İnkişaf mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunun və Laçın rayonu üzrə müfəttişin MMC-nin mühəndis və mexanizatorların iştiraki ilə texnika parkında təqdim olunmuş 163 ədəd traktor və onun qoşqularına baxış keçirilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bunlardan gün ərzində 53 ədədi dövlət texniki baxışdan keçib.
Mexanizatorlarla pambıq yığımına hazırlıq barədə maarifləndirici söhbətlər aparılıb. Baxış zamanı bəzi nasazlıqlar və qüsurlar aşkar olunub. Bəzi texnikaların dövlət qeydiyyat nişanları, bəzi texnikaların qeydiyyat şəhadətnamlərinin itdiyi və bir nəfər mexanizatorun sürücülük vəsiqəsinin istifadə müddətinin bitdiyi aşkarlanıb. Bunlarla bağlı P-Aqronun rəhbərliyinə məlumat çatdırılıb və tezliklə bu məsələlərin həll edilməsi tələb olunub.
Təqdim olunan digər texnikalara da qanuna müvafiq qaydada dövlət texniki baxışı keçiriləcək. Müfəttişlər tərəfindən P-Aqronun mexanizatorları və işçilərinə qoruyucu maskalar paylanılıbr. Nəzərinizə çatdırırıq ki, dövlət texniki baxışdan keçməyən texnikaların istismarı qadağandır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















