Əks yola çıxan sürücü qəzaya düşməmək üçün sağdakı maşını yoldan çıxartdı - VİDEO

Ötmə qaydasını pozan sürücü yolda təhlükəli anlar yaşadıb. Hadisə Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsində baş verib. Avtosfer.az xəbər verir ki, 99-FH-575 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü ötmə edən zaman qarşıdan avtomobil gəlib. Onunla toqquşmamaq üçün sağa manevr edən sürücü görüntünü qeydə alan avtomobili yoldan kənara çıxarıb.
Bir çox sürücülərdə elə fikir formalaşıb ki, yolda nişanlanma xəttinin olmadığı halda istədikləri formada ötmə əməliyyatını həyata keçirə bilərlər. Bu kökündən yanlış düşüncədir. Ötməni təkcə nişan və nişanlanma xətti qadağan etmir. Bu qadağa ilə qanunda bir neçə hal müəyyən edilib. Onlardan biri də “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsinin I hissəsində qeyd olunub: Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












