Elektrikli avtomobillərin sığortalanması necə aparılır? - Fərq varmı?

Dünyada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə genişlənməkdə davam edir. Bu tendensiya ölkəmizdə də, demək olar ki, müsbət qarşılanır. Sərfiyyatı, komfortu, texniki üstünlükləri bu maşınlara olan diqqəti daha da artırır. Bəs elektrikli avtomobillərin sığortası necə olur? Hansı şərtlərə riayət etmək lazımdır? Yanacaqla işləyən avtomobillərdən fərqli olaraq hansı qayda da sığorta edilir?

Mövzu ilə bağlı sığorta ekspertləri Avtosfer.az-ın suallarını cavablandırıblar.
Sığorta məsələləri üzrə mütəxəsis Emil Ağabağırov bildirib ki, ümumiyyətlə elektrikli avtomobillərin mühərriklərinin həcmi olmadığı üçün onlar at gücü ilə hesablanır:

“Adi qaydada eyni sənədlər - avtomobilin texniki şəhadətnaməsi, sürücünün şəxsiyyət vəsiqəsi, hüquqi şəxsidirsə VÖEN-ni, fiziki şəxsdirsə sürücülük vəsiqəsi tələb olunur. Bu sənədlər sistemə vurulur. Sadəcə qiymətin hesablanmasında mühərrikin həcmi yox, at gücü nəzərə alınır”.
Ekspert VüsaL Bədəlov deyib ki, sığorta zamanı elektrikli avtomobillərin mexaniki nəqiliyyat vasitələrindən heç bir fərqi yoxdur:

“Bu günə kimi elektrikli avtomobillərin onlayn sığortalanmasında problem yaşanırdı. Sistemdəki ümumi problem İcbari Sığorta Bürosunun inteqrasiyanı Dövlət Yol Polisindən alması idi. Bu inteqrasiyada da avtomobilin at gücü yazılmadığına görə xətalar baş verirdi. Hazırda İcbari Sığorta Bürosu bu problemləri aradan qaldırıb. Elektrikli avtomobillərin baza qiyməti 50 manat götürülür və əmsal ikiyə vurularaq 100 manat üzərindən hesablanır. Ardınca digər əmsallar tətbiq olunur. Bunlar nəqiliyyat vasitəsinin ili, sürücünün yaşı, sürücülük təcrübəsi, etibarnamə, nəqliyyat vasitəsinin idarə olunduğu ərazi və sığorta tarixidir. Başqa heç bir fərq yoxdur”.
Ekspert sonda onu da vurğulayıb ki, elektrikli avtomobillərin könüllü sığortalanmasında tariflər fərqlidir. Bu prosesdə avtomobillərin modelinə, istehsal olunan ölkəyə və bazar dəyərinə görə sığorta şirkətlərinin təklifləri fərqlidir.
Eltac Zülfüqaroğlu
Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi - ANBAAN VİDEO
Avtomobillərə qoşulub əks yola çıxan avtobus sürücüsü yolu kəsdi - VİDEO
Masazırda sürücülər kütləvi şəkildə əks yola çıxıb hərəkəti çətinləşdirdi - VİDEO
Yolun ortasında nəzarətsiz buraxılan heyvan sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Özünü əziyyətə salmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Özünü ağıllı sayan sürücü digər maşının yolunu kəsib qırmızı işığa saldı - VİDEO
Paytaxtda avtoxuliqanlıq edən sürücü 25 gün HƏBS EDİLDİ - VİDEO
Abşeronda reyd - Motoxuliqanlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO










