Ələt sakinləri rayon maşınlarını postdan keçirərkən saxlanıldı - FOTO

Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddətdə digər zəruri tədbirlərlə yanaşı, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı və Sumqayıt şəhərinə və Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılıb.
Avtosfer.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu məqsədlə polis əməkdaşları paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda fəaliyyət göstərən stasionar postlarda gecə-gündüz xidmət aparırlar.
Bakı-Ələt yolunun 65-ci kilometrliyində yaradılan postda da Baş Dövlət Yol Polisi İdarəsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları rayondan gələn və şəhərdən rayona gedən avtomobilləri və onların sərnişinlərini yoxlayırlar. Rejim qaydalarını pozan avtomobil sahibləri və sərnişinlər geri qaytarılırlar. Karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 6-cı taqımının baş inspektoru, polis kapitanı Bakir Həsənov AZƏRTAC-a deyib: “Hazırda Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 65-ci kilometrliyindəki postda yoxlama zamanı əməkdaşlarımız aşkar ediblər ki, Qaradağ rayonunun Ələt qəsəbəsinin bir neçə sakini, rayonlardan gələn və geriyə qaytarılan avtomobillərin sürücüləri ilə danışığa gedərək şəhər qeydiyyatında olduqlarını və onların avtomobillərini postdan keçirəcəklərini bildirirlər. Əməkdaşlarımızın sayıqlığı nəticəsində bir neçə belə fakt aşkarlanıb. Ələt qəsəbəsinin iki sakini region qeydiyyatında olan sürücülərə məxsus avtomobilləri postdan keçirərkən tərəfimizdən saxlanılıblar. Həmin şəxslər postu keçməyə cəhd etdikləri üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunub.
Qeyd edək ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-də saat 00:00-dan etibarən aprelin 20-də saat 00:00-dək Azərbaycan ərazisində xüsusi karantin rejimi elan olunub. Karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.
Gültən
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


















