Füzulidə ölümə tələsən sürücüdən riskli ötmə əməliyyatı – 19-BH-566 - VİDEO

Füzuli rayonunda ölümə tələsən sürücünün təhlükəli ötmə əməliyyatı aparması kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Füzuli rayonu ərazisində yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı, 19-BH-566 dövlət nömrə nişanlı avtomobilin sürücüsü özünü və avtomobildə olan sərnişinləri təhlükəyə atıb. O, iki yük avtomobilinin qarşı-qarşı hərəkətdə olduğu bir anda qəflətən ötmə əməliyyatı aparıb. Sürücü iki yük avtomobilinin arasından keçərək hərəkəti davam edirib.
Videodan da göründüyü kimi, yük avtomobillərinin sürücüləri sürəti azaldaraq maşını sağa çəkib yol verməsəydi dəhşətli qəza qaçılmaz idi.
Ehtimal olunur ki, “Mercedes”in sürücüsü taksi fəaliyyəti ilə məşğul olur və ünvana daha tez çatmaq, gün ərzində 2-3 reys etmək üçün maşını hər zaman bu qaydada sürür. Belələri çoxdur.
Ümid edirik ki, DYP bu sürücü barəsində ciddi tədbir görəcək.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















