Gəncədə birtərəfli yola əks girib təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Qaydalar 10 Aprel 2025 14:00 Oxunub 308
Gəncədə birtərəfli yola əks girib təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bi|

Gəncə şəhəri, Əttarlar küçəsində kobud qayda pozan sürücünün görüntüsü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də saat 08:20 radələrində qeydə alınıb. Belə ki, 99-FX-061 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü birtərəfli yola girərək əks istiqamətdə hərəkət edib. Bu vaxt o, qarşıdan gələn maşına təhlükə yaradıb. Xoşbəxtlikdən döngəyə daxil olan sürücü qayda pozan nəqliyyat vasitəsini görərək sağa manevr edib və baş verəcək qəzadan son anda xilas olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntüylə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsində araşdırma aparılıb və sürücü inzibati məsuliyyətə cəlb olunub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh