Geriyədönmə zamanı qəza baş verdi – Bu halda günah kimdədir? - VİDEO

Yolayrıclarında, geriyədönmə yerlərində qəzalar tez-tez baş verir. Səbəblər isə təxminən eynidir – manevr qaydasının pozulması. Çoxlarının hələ də tam başa düşmədiyi manevr qaydası anlayışı nədir? Bəs, sürücü manevri necə etməlidir ki, qəza baş verməsin?
Avtosfer.az bu məqamları sürücülərə real qəza videoları əsasında izah edir.
Bu hadisə bir müddət əvvəl Təbriz küçəsində baş verib. Lakin oxşar hadisələr bu gün də baş verir. Konkret olaraq bu situasiyada “kimdir günahkar” sualına dəqiq cavab vermək mümkündür – qara “Nissan”. Çünki o, geriyədönmə yerində kobud qayda pozuntusuna yol verir. Ən sol zolaqla hərəkət etdiyi halda geriyədönmə yerinə çatarkən qəflətən sağ zolağa manevr edir. Bu zaman dönmə siqnalı da yanmır. Arxadan gələn “Mercedes”in sürücüsü zənn edir ki, “Nissan”ın sürücüsü ona yol vermək üçün sağa keçdi. Ona görə də gəldiyi sürətlə hərəkəti davam etdirir. Bu zaman “Nissan”ın sürücüsü qəflətən sola manevr edərək qəzaya səbəb olur. “Mercedes” “Nissan”la toqquşub avtobusa da dəyir. Sürücüyə xeyli maddi zərər dəyir.
Əslində necə olmalı idi?
“Yol hərəkəti haqqında” qanun deyir ki, sürücü dönəcəyi, yəni manevr edəcəyi istiqamət üzrə əvvəlcədən ən sol və ya ən sağ zolağı tutmalıdır. “Nissan”ın sürücüsü əslində qəzaya qədər düzgün hərəkət edirdi – sola dönəcəyi üçün sol zolaqda idi. Amma qəflədən sağa keçib geriyədönmə manevrini geniş götürmək qərarına gəlir. Bu zaman arxadan gələn nəqliyyat vasitəsinə diqqət etmir və onu çaşdırdığı üçün qəza baş verir.
Qanun əslində, “Nissan” sürücüsünün bu cür manevr etməsini qadağan etmir. Qanunda deyilir ki, sola və geriyədönmə manevrini ən sol zolaqdan etmək çətindirsə, yəni, avtomobilin qabaritindən və ya yol şəraitindən asılı olaraq geriyə dönmək birdəfəyə mümkün deyilsə sürücü ikinci zolaqdan bu manevri edə bilər. Lakin bu manevr digər hərəkət iştirakçıları üçün təhlükəsiz olmalıdır. Yəni, “Nissan”ın sürücüsü arxadan gələn “Mercedes”i buraxandan sonra ikinci zolaqdan sola və ya geriyə dönə bilərdi.
Odur ki, yollarda diqqətli olmaq lazımdır. Manevr edərkən, hərəkətə başlayarkən, dayanarkən, zolaqları dəyişərkən digər hərəkət iştirakçılarına da diqqət etmək lazımdır.
Elməddin Muradlı
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












