“Get, kimə şikayət edirsən, et” deyən “BakuBus” sürücüsü işdən çıxarıldı - VİDEO

Sosial şəbəkələrdə “BakuBus” sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. Belə ki, 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib.
“Get, kimə şikayət edirsən, et” deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.
Məsələ barədə “BakuBus” MMC açıqlama verib. MMC-dən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:
“Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.
Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər”.
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












