Güzgüyə baxmadan manevr edən sürücülər baxın necə təhlükə yaratdılar - VİDEO

Abşeron yarımadasının müxtəlif ərazilərində eyni qayda pozuntusunu törədən sürücülərin görüntüləri videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, 99-CA-995 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü Sumqayıtın 1-ci mikrorayonu Sülh küçəsində hərəkətdə olarkən manevr qaydasını pozub. Belə ki, o, güzgüyə baxmadan sol zolağa keçib və bu zaman həmin zolaqdakı sürücüyə qəza şəraiti yaradıb.
Zirə-Pirallahı yolunda qeydə alınmış digər görüntüdə isə 99-UN-983 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınının sürücüsü qəza təhlükəsi yaradıb. O, hərəkətdə olan maşına əhəmiyyət vermədən birbaşa sol zolağa manevr edib. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü ehtiyatlı davranaraq təhlükəni dəf edib.
Qanunvericiliyə görə, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli və daxil olacağı zolağın boş olduğuna əmin olduqdan sonra manevri həyata keçirməlidir.
Nərmin
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












