Həftəsonu küçəyə çıxanları bu cəza gözləyir - 100 manatdan başlayır - VİDEO
Qaydalar
5 İyun 2020 01:26

Kamran Əliyev: "Kimsə evdən çıxarsa, qanunu pozmuş olur və..."
Şənbə və bazar günləri evdən çıxanlar cərimə oluna və həbs edilə bilərlər. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib: “Məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilməsi, fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm. Fərdi və ictimai nəqliyyat vasitələrindən, avtobus və taksilərdən istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt Gəncə şəhərlərinə, Abşeron rayonu və Lənkəran şəhərinə aiddir. Bu hallar istisna olmaqla kimsə evdən çıxarsa, qanunu pozmuş olur. Bu, İnzibati Xətalar Məcəlləsinin bilavasitə 211.1-ci maddəsinin tələbinin pozulması deməkdir.
Əhali başa düşməlidir ki, evdən çıxmaq təkcə maskaların daşınması qaydalarının pozulması deyil. Bu, bilavasitə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 100 manatdan 200 manatadək fiziki şəxslərin, 1500 manatdan 2000 manatadək vəzifəli şəxslərin və 2000 manatdan 5000 manatadək hüquqi şəxslərin məsuliyyətə cəlb olunması deməkdir. Eləcə də cərimədən əlavə fiziki və ya hüquqi şəxslərin bir ay müddətədək inzibati həbs cəzası ilə cəzalandırılması ilə nəticələnə bilər. Ona görə də, hər kəs başa düşməlidir ki, evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır. Ona görə fiziki şəxslər 100 manatdan 200 manatadək cərimə olunacaq, yaxud inzibati qaydada həbs olunacaqlar. Fikirləşməsinlər ki, mən 50 manat cərimə ödəyəcəm, bununla da iş yekunlaşacaq”.
Oxunub : 3188
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












