Hərbi forma geyinib qazi adıyla yol polisinə hücum çəkdi; həbs edildi - FOTO

Paytaxtın Səbail rayonunda yol polis əməkdaşlarına hərbi mundirdə özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim etməklə ictimai qaydanı pozan şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Səbail rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün idarə etdiyi avtomobilə “saxla” işarəsi verilib. Bu zaman yoldan ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının həyat yoldaşı oluğunu və özünün da qazi olduğunu bildirərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib.
İctimai qaydanı pozan şəxs – Xansu Quliyev əraziyə çağırılan naryad qrupu tərəfindən ərazi polis bölməsinə təhvil verilib. Onun barəsində bölmədə aparılan araşdırmalarla müəyyən olunub ki, o, ümumiyyətlə hərbi mükəlləfiyyətli deyil, heç vaxt ordu sıralarında xidmət etməyib.
Həmin hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə X.Quliyev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka müddətində inzibati qaydada həbs edilib.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













