İcazə sistemi ilə bağlı yeni funksiyalar yaradılıb - VİDEO

Bir neçə gündür ki, tətbiq olunan xüsusi karantin rejimi əsasında vətəndaşların evdən çıxması üçün müvafiq icazələrin alınması prosesi davam edir.
Avtosfer.az xəbər verir ki, “ASAN Xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.
Yəni vətəndaşlar icazə almaq üçün yenə də 8103 nömrəsinə müvafiq 1, 2, yaxud 3 rəqəmini göndərir. Bu zaman hər hansı problem yaranarsa, yeni yaradılan 9108 Çağrı Mərkəzinə zəng edərək, suallarına cavab tapa bilərlər.
Müraciətlər həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda, vətəndaşların daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.
Çağrı mərkəzində ilk dəfə olaraq vətəndaşlar üçün rahatlığın və əlçatanlığın, eyni zamanda sosial məsafənin təmin edilməsi məqsədilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən “ASAN Xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla işə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












