İki dəfə qəza şəraiti yaratdı, 3 dəfə də yolu kəsdi - Qanunu saymayan sürücü - VİDEO

Qaydaları pozub qəza şəraiti yaradan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 30-da Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, 77-GB-971 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü Xırdalan dairəsi istiqamətinə gedən zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. O, daha sonra Xırdalan şəhərində qayda pozmağa davam edib. Şəhərin Heydər Əliyev prospektində ikinci cərgədə dayanaraq sərnişin düşürüb, sonra isə piyada keçidinin üzərində növbəti dəfə dayanaraq sərnişin mindirib. Bununla kifayətlənməyən sürücü bir az qarşıda hərəkətə başlayan zaman görüntünü qeydə alan sürücüyə yol verməyərək növbəti dəfə qəza şəraiti yaradıb. Daha sonra 3-cü cərgədə dayanaraq yolu kəsib.
Sözügedən videonu təqdim edirik:
Fərid
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO











