İntihar edənlərin maşına vurduğu zərəri kim ödəməlidir? – Qanun BELƏ DEYİR - VİDEO

Son vaxtlar Bakı şəhərində baş verən intihar hadisələrində maraqlı situasiya üzə çıxır. İntihar edən şəxs özünü binadan atarkən avtomobilin üzərinə düşür və avtomobilə kifayət qədər ciddi ziyan dəyir. Belə olan halda ortaya sual çıxır: İntihar edən şəxs dünyasını dəyişərsə avtomobilə dəymiş ziyan kim tərəfindən ödənilməldir?
Avtosfer.az xəbər verir ki, əgər avtomobilin kasko sığortası varsa həmin kasko sığorta çərçivəsində sığorta təminatı alına bilər. Çünki bu dəymiş ziyandır. Əgər avtomobilin kasko sığortası yoxdursa onda dəymiş ziyanı iki variantla almaq mümkün olur.
Birinci variant ondan ibarətdir ki, intihar edənlərin bəziləri çox nadir halda ola bilər ki, onu intihara kimsə sövq eləyib. Qüvvədə olan Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırma ilə bağlı müddəa mövcuddur. Həmin cinayətdə kiminsə təqsiri olduğu sübuta yetirilsə, özünü öldürmə həddinə çatdıran adam həm də özünü öldürmə ilə bağlı dəymiş ziyanı da qarşılamalıdır. Nəzəri cəhətdən bu mümkündür. Lakin bu, intihar hadisələrinin demək olar ki, mində birində sübuta yetirilir.
İkinci variant da onda ibarətdir ki, intihar edən şəxs sadəcə öz iradəsi ilə öz həyatına qəsd edib. Belə olan halda nəzəri cəhətdən mümkündür ki, Mülki Məcəlləyə görə onun miras aktivləri qalıbsa (mülkü və ya bankda pulu qalıbsa) həmin miras aktivləri çərçivəsində zərərçəkmiş onun varislərindən maddi ziyanın ödənilməsini tələb etsin. Amma miras aktivləri yoxdursa bu zaman özünə qəsd edən şəxsin ailə üzvlərindən dəymiş ziyanın əvəzinin ödənilməsi tələb edilə bilməz. Yəni məlum olsa ki, intihar edən şəxsin məsələn bankda 50.000 manat pulu və ya evi, maşını var, o zaman zərərçəkmiş şəxs dəymiş ziyanı onun ailəsindən tələb edə bilər.
Təbriz
.jpg)
Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi - VİDEO
Səkini zəbt edən sürücülər piyadanı körpəsi ilə yola çıxmağa məcbur etdi - VİDEO
Yaxınlıqda piyada keçidi olsa da yolu təhlükəli yerdən keçdilər - VİDEO
On metr irəli getməyə səbri çatmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Radardan yayınmaq istəyən sürücü hər üç nömrəyə müdaxilə etdi - VİDEO
Nişanı saymayan sürücü baş yoldakı avtomobili təhlükəylə üz-üzə qoydu - VİDEO
Ard-arda təhlükəli ötmə edən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
FHN-in motosiklet sürücülərinə qoyduğu qadağa narazılıq yaratdı - VİDEO
Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO
Ağır QƏZA: 35 ölü, 30 yaralı - Bu ölkədə
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?










