Karantin dövründə 47 min inzibati protokol TƏRTİB OLUNUB — RƏSMİ

"Karantin dövründə vətəndaşların karantin rejiminin qaydalarını pozan ən ağlasığmaz hərəkətlərin şahidi olduq". Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, respublika ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasına girişlərdə yaradılan yoxlama keçid postlarında insanların ən ağlasığmaz formalarda qayda pozuntuları aşkarlanıb. “Yükdaşıyan nəqliyyat vasitələrində, təcili tibbi yardım maşınında xəstə adı altında, avtomobilin yük yerində, postlardan kənar piyada və ya gizlin çöl yolları və sair bu kimi qayda pozuntuları aşkar edilərək, qarşısı alınıb. Xeyli belə faktlar aşkarlanıb. Onu deyə bilərəm ki, karantin rejimini pozanlara qarşı 47 min inzibati protokol tərtib olunub. Ciddi qayda pozuntularına yol verənlər həbs edilib”- V.Əsədov bildirib.
O əlavə edib ki, bu gün Azərbaycan polisi gözəgörünməz koronavirusla mübarizədə sinəsini qabağa verərək, ön cəbhədədir. “Azərbaycan polisləri vətəndaşlarımızın virusa yoluxmasının qarşısının alınması üçün əllərindən gələni edir və bu məqsədlə də gücləndirilmiş iş rejimində çalışırlar.
Onu da qeyd edim ki, həyata keçirilən maarifləndirmə və təbliğat işləri nəticəsində polislə vətəndaş arasında bir həmrəylik və qarşılıqlı anlaşma yaranıb. Məhz bu görülən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmiz digər ölkələrlə müqayisədə koronavirus epidemiyasına qarşı mübarizədə ciddi uğrular əldə edib”- V. Əsədov bildirib.
O eyni zamanda əlvə edib ki, həyata keçirilən təbliğat işləri nəticəsində son vaxtlarda karantin rejim qaydalarını pozanların da sayı xeyli azalıb: “Bundan əlavə olaraq yol nəqliyyat hadisələrinin və ölüm hallarının sayında xeyli azalma müşahidə edilir".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












