Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA - VİDEO

Xüsusi karantin rejimində koronavirus təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Buna nəzarət Daxili İşlər Nazirliyinə tapşırılıb. Nəzarət necə həyata keçiriləcək? Qadağanı pozanları hansı cəzalar gözləyir?
Şəhərdə nəzarəti daha də gücləndirmək məqsədi ilə polis naryadlarının sayı artırılıb.
Koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejim qaydalarının tətbiq edilməsindən sonra nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.Avtosfer.az-ın məlumatına görə Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmidzadə bildirdi ki, bütün ərazilərdə polisnaryadlarının sayı artırılıb. Onlar nöbəli şəkildə 24 saat xidmət aparırılar. Nazirliyin əməkdaşı onu da bildirdi ki, Post Patrul Xidmətlərinin əməkdaşları xidməti ərazilərində 65 və yuxarı yaş həddində vətəndaşlara rast gəldikdə onlarla əvvəlcə izahedici, maarifləndirici söhbət aparır və onlardan yaşadıqları ünvanlara qayıtmaları tələb edirlər.
Qeyd edək ki, karantin rejimini pozan 65 yaşdan yuxarı insanlara polis əməkdaşları tərəfindən protokol yazılaraq 100 manatdan 200 manatadək məbləğdə cərimələnəcək. Karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda isə onlar 2 min 500 manatdan 5 min manatadək miqdarda cərimələnə, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək azadlıqdan məhrum ediləcəklər.
Onu da qeyd edək ki, hazırda polis əməkdaşlarının hər birinin əlində xüsusi planşetlər var. Vətəndaşın üzərində şəxsiyyət vəsiqəsi olmadan belə həmin şəxs ad, soyad və ata adını dedikdə polis əməkdaşları planşetdə həmin qeydləri yazır və şəxsiyyəti müəyyənləşdirilir. Əgər həmin hal bir neçə dəfə təkrarlanarsa, onda vətəndaşlar barədə protokol tərtib olunur.
Gültən
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












