Karantini pozub icazəsiz hərəkətdə olan sürücü qəza törətdi: Betona və başqa maşına çırpıldı - FOTO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Belə ki, Rüstəm Məmmədov idarə etdiyi 90-RF-134 dövlət nişanlı “Mercedes” markalı avtomobillə metronun “20 Yanvar” stansiyasının yaxınlığından Ziya Bünyadov prospektinə daxil olmaq istəyib.
Bu zaman prospektin təmirə bağlı olduğunu görən sürücü avtomobili idarətəetmədən çıxararaq, əvvəlcə beton arakəsmələrə, ardınca isə “Ford” markalı başqa bir nəqliyyat vasitəsinə çırpıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı müəyyən olunub ki, “Mercedes”in sürücüsü R.Məmmədov müvafiq icazəsi olmadan hərəkət edirmiş.
Qeyd edək ki, Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən gələn istiqamətində yol təmirə bağlanıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













