Keçiddə dayanmayan sürücü təhlükə yaratdı - Qadın özünü ölümdən qurtardı - VİDEO

Xırdalanda piyada keçidində baş verən təhlükəli anların görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də, Hacı Zeynalabdin Tağıyev küçəsində baş verib. Belə ki, 77-EN-370 qeydiyyat nişanlı "Geely" markalı avtomobilin sürücüsü keçiddə avtomobillərin dayanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib. Bu zaman keçiddə hərəkət edən qadının üzərinə sürərək ona təhlükəli anlar yaşadıb. Qadın dayanaraq özünü ölümdən xilas edib.
"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Fərid
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












