"Land Cruiser" işıq dirəyini qopardı: Şok qəzanın səbəbləri - VİDEO

Bakıda yüksək sürətlə hərəkət edib qəzaya düşən sürücünün dəhşətli görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Nobel prospektində hərəkət edən "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və sonra ayırıcı zolağın üzərinə çıxaraq işıq dirəyini aşırıb. Qəzanın səbəbləri araşdırldıqda məlum olub ki, sürücü sükan arxasında telefondan istifadə etdiyi üçün fikri yoldan yayınıb. Bu zaman sərt döngəyə daxil olan zaman idarəetməni itirərək ağır qəzaya düşüb.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov bildirir ki, "hündür avtomobil idarə edən sürücülər bəzən təhlükəsizlik kəməri taxmır və ümumilikdə təhlükəsizlik qaydalarına riayət etmir. Onlar elə düşünür ki, bu tip avtomobillərlə qəzaya düşəndə xəsarət və ya ölüm olmur. Lakin videoda göründüyü kimi zərbənin təsirindən təhlükəsizlik yastıqları açılaraq avtomobil aşır. Baş verən qəzanın xəsarətsiz ötüşməsi mümkünsüz görünür. Ona görə də avtomobilin markasından, modelindən, tipindən asılı olmayaraq mütləq təhlükəsizlik kəmərləri taxılmalı və qaydalara riayət olunmalıdır".
Qeyd edək ki, hadisə bir müddət əvvəl baş verib.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












