Led işıqlardan istifadə edən sürücülərə xəbərdarlıq edildi - VİDEO

Bəzi sürücülər avtomobillərinə zavodda quraşdırılan duman işıqlarına hallogen lampa əvəzinə led işıq quraşdırırlar. Bu isə xarici işıq cihazlarından istifadənin pozulması, eləcə də yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Led lampalardan xüsusilə gənc sürücülər tez-tez istifadə edirlər. Belə lampalarla onlar avtomobillərini digər maşınlardan fərqləndirməyə çalışırlar. Bu işıqlar isə bir çox hallarda yol nəqliyyat hadisələrinə, eləcə də digər sürücülərin çaşqınlığına səbəb olur. Yol polisi bildirir ki, bu cür hallara yol verən sürücülər cərimələnəcəklər.
Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyir ki, mövcud işıq cihazlarından istifadə qaydalarının pozulması üçün 50 manat cərimə nəzərdə tutulur. Duman işıqlarına led işıqların quraşdırılması isə 150 manat cərimə ilə cəzalandırılır. Onun fikrincə, cərimədən əlavə bu cür işıqlardan istifadə edən sürücülər cəmiyyətə də hörmətsizlik nümayiş etdirirlər. Araz Əsgərli bildirir ki, sürücülər led işıqları müxtəlif məqsədlər üçün istifadə edirlər. Qeyd edək ki, led lampaların duman işıqlarına quraşdırılması təkcə inzibati xəta törətmir. Bu cür dəyişiklik eyni zamanda avtomobilin digər parametrlərinə də zərər vura bilər. Bununla bağlı danışan avtomobil mütəxəssisi Sahil Ağabəyli bildirir ki, led lampalardan necə gəldi istifadə edilməsi avtomobil üçün həm də təhlükədir.
Videomaterialı təqdim edirik:
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












