Azərbaycanda ilk; traktorla avtoşluq edən sürücü saxlanıldı - FOTO
Qaydalar
24 May 2021 16:28

Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. Axşam saatlarında Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər etdiyi müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra həmin şəxsin sərxoş olduğu müəyyən edilib.
E.Mirzəyev barəsində tərtib olunmuş inzibati protokol aidiyyatı üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Oxunub : 3006
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 15:30
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
29 Sentyabr 2026 13:26
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
29 Sentyabr 2026 13:00
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
29 Sentyabr 2026 10:00
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
29 Sentyabr 2026 09:00
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
28 Sentyabr 2026 20:30
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
28 Sentyabr 2026 19:30
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
28 Sentyabr 2026 17:30
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
28 Sentyabr 2026 16:53
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
28 Sentyabr 2026 16:30
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
28 Sentyabr 2026 13:36
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 10:18
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
ŞƏRH YAZ











