Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verilib

Qarabağda işğaldan azad edilmiş ərazilərdə 15 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
Bu barədə Avtosfer.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib.
Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib. Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli, Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan niyə xarici ölkələrin plastik tullantılarına milyonlar xərcləyir?- İQTİSADÇI
Bank sektorunda rekord artım: Kredit götürmək asanlaşacaqmı? – ŞƏRH
Bank sektorunda rekord artım: Kredit götürmək asanlaşacaqmı? – ŞƏRH
İlham Əliyev Fərman İMZALADI: Hərbçilərlə bağlı bu qayda DƏYİŞDİ
İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS











