Qəzadan yayınmaq üçün sərt tormoz verən sürücü qorxulu anlar yaşatdı - VİDEO

Bakı-Qazax yolunda qorxulu anlar yaşadan sürücünün hərəkəti Avtosfer.az">Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, Qazaxbəyli kəndi yaxınlığında hərəkət edən "VAZ-2106" markalı avtomobilin sürücüsü qarşıdakı avtomobillə toqquşmamaq üçün qəfil əyləcdən istifadə edib. Abs sistemi olmadığı üçün avtomobil çəpəki tormozlama edərək digər sürücülərə qorxulu anlar yaşadıb. Xoşbəxtlikdən hadisə qəzasız nəticələnib.
Videodan da göründüyü kimi sözügedən avtomobilin qeydiyyat nişanı da yerində olmayıb.
Abs sistemi olmayan nəqliyyat vasitələrini idarə edən sürücülərə tövsiyə edirik ki, hərəkət zamanı qarşıdakı avtomobillərlə kifayət qədər ara məsafəsi seçsinlər. Bu cür avtomobillərin hərəkət sürətinə görə ara məsafəsi elə seçilməlidir ki, qəfil əyləcdən istifadə olunmasına lüzum olmasın. Çünki həm abs sisteminin olmaması, həm də nəqliyyat vasitəsinin tormoz sistemində olan nasazlıq ağır qəzalara yol aça bilər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












