Manevr qaydasını pozub qəza vəziyyəti yaratdılar - VİDEO

Yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti manevr qaydalarının pozulmasına görə baş verir. Sürücülər isə bu qaydanı pozmaqdan sanki zövq alırlar.
Manevr qaydasını pozan iki avtomobilin videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib.
Avtosfer.az xəbər verir ki, iyulun 31-i Bakı-Ələt yolunun 17-ci kilometrində 21-AC-163 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü sol zolaqla yüksək sürətlə hərəkət edib. O, videonu qeydə alan avtomobilin yanından keçən zaman sağ zolağa manevr edərək qəza vəziyyəti yaradıb.
Digər görüntü isə eyni tarixdə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-BU-349 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü öncə sağ zolağa yerdəyişmə edir və daha sonra sol zolağa yerdəyişmə edərək təhlükəli manevr edib.
Bu cür lüzumsuz və diqqət etmədən edilən manevrlərə görə də yollarda hadisələr baş verir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












