Maşından yola zibil atanlar bunu mütləq oxusun - FOTO

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün avtomobildən yola zibil atanlar az deyil. Bu dəfə cərimə barədə yox, sosial məsuliyyətdən danışacağıq.
Təbii ki, bu ilk növbədə mədəniyyət məsələdir. Kobud səslənsə belə qeyd etmək lazımdır ki, bunu edənlərin çoxu düşüncəsi zəif olanlardır. İki məsələ ağıla gəlir. Ya bu adamlar evdə də belədir, ya da ki, həddindən artıq eqoistdirlər. Çünki yaşadığımız şəhər də bizim evimizdir. Onu zibilləmək isə...
Təqdim etdiyimiz fotoda yol kənarındakı siqaret kötüklərini təmizləyən qadın əks olunub. Təbii ki, kimsə deyə bilər ki, bu onun işidir. Amma bir anlıq düşünün ki, onun yerinə sizin ana və bacınızdır. Axı onlar da kimlərinsə anası, bacısı, həyat yoldaşıdır.
Yaxşı olar ki, zibili yığmaq üçün avtomobildə bir qab saxlayasınız. Maşını tərk edəndə onu atmaq o qədər də çətin deyil.
Ümid edirik ki, bu mənzərə kimlərinsə etdiyi səhvə ayna olacaq.
Orxan Əli
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












