Maşını olmayan sürücü cərimələndi - BNA-dan AÇIQLAMA - FOTO

Bakıda avtomobili olmayan şəxs dayanma-durmaya görə cərimələnib. Bu barədə oxucu redaksiyamıza şikayət ünvanlayaraq başına gələnləri bizə danışıb. Avtosfer.az xəbər verir ki, Heydərbaba Hüseynov adlı oxucu bildirir ki, aprelin 14-ü sürücülük vəsiqəsi alıb və həmin günü də Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.
“Mən imtahan verib sürücülük vəsiqəsi aldım, amma hələ ki, maşınım yoxdur. Yəni sürücülük vəsiqəsi alandan bəri maşın sürməmişəm. Lakin Bakı Nəqliyyat Agentliyi mənə 20 manat cərimə yazaraq dayanma durma qaydasını pozduğumu bildirib. Asanpay.az saytında elektron kabinet yaradarkən məlum oldu ki, 99-TG-175 qeydiyyat nişanlı “Kia” markalı avtomobil dayanma-durma qaydasını pozub. Onun cəriməsi isə mənə yazılıb. Bunu Bakı Nəqliyyat Agentliyinə bildirsəm də onlar heç bir tədbir görmədi”- deyərək oxucu bildirib.
Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev Avtosfer.az-a açıqlamasında bildirib ki, protokolun tərtib olunmasında əməkdaşların heç bir günahı yoxdur. Çünki mərkəzi məlumat xidmətində bu avtomobilin sürücüsü Heydərbaba Hüseynov göstərilib. Ona görə də protokol avtomatik olaraq həmin şəxsin adına tərtib olunub. Sürücü bunun səbəbini notariat kontoru ilə dəqiqləşdirməlidir.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB













