Maskadan istifadə etməyən sürücülər cərimələnir? - AÇIQLAMA

Sükan arxasında olarkən tibbi maskadan istifadə etməyən sürücülərin nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərə qarşı cərimənin tətbiq edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib ki, maskadan istifadə etməyən sürücülərin yollarda quraşdırılan nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərin cərimələnməsi barədə yayılan məlumatlar şayiədir: "Təbii ki, maskasız çölə çıxmaq karantin qaydalarının pozulmasıdır. Maska virusun yayılmaması üçün vacibdir. Buna görə də qoruyucu vasitələrdən istifadə etmək məqsədə müvafiqdir. Amma sürücülərin sükan arxasında maskadan istifadə etməməsinə görə məsuliyyət nəzərdə tutulmur. Belə hallarda polis əməkdaşlarının vəzifəsi ondan ibarətdir ki, sürücülərə yaxınlaşaraq onlara maskadan istifadə etməsini xatırlatsınlar".
A.Qasımlı deyib ki, avtomobillərə elektron protokol tərtib edilə bilməz: "Tətbiq olunan məhdudiyyətlər vətəndaşlarla bağlıdır. Nazirlər Kabinetinin son qərarında avtomobillərin hərəkəti ilə bağlı heç nə yoxdur. Əgər icazə əsasında küçəyə çıxırsa və şəxsi avtomobilindən istifadə edirsə, bununla bağlı bir problem yoxdur. Cərimə avtomobilin idarəedilməsinə görə deyil, karantin qaydalarının pozulmasına görə olur".
A.Qasımlı nəzərə çatdırıb ki, ümumilikdə karantinlə şayiələrin yayılması da inzibati məsuliyyətə səbəb olur: "Belə hala görə həm cərimə cəzası, həm də həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Buna görə də vətəndaşları şayiə yaymamağa çağırıram".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO










