Məhkəmə magistral yolda "avtoş"luq edən sürücünü cəzalandırdı - VİDEO

Magistral yolda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 90-HK-109 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü Bakı-Ələt yolunda avto şou göstərərək təhlükəli hərəkətlər etdiyinə görə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu saxlayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobili idarə edən sürücü 1995-ci il təvəllüdlü Paşayev Mərhəmət Məhəmməd oğlu törətdiyi xətaya görə saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunub. Sürücü barəsində toplanılmış materiallar aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü 500 manat miqdarında cərimələnməklə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılıb.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












