Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələri müəyyən edib. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












