Mingəçevirdə olduğu vaxt Şamaxıda "radara düşdü" - FOTO

Mingəçevir sakininə guya Şamaxıda sürət həddini pozduğu üçün cərimə tətbiq olunub.
Şəhər sakini Əfəndiyev Rahib Həmzə oğlu "Unikal"a bildirib ki, qayda pozuntusu ilə bağlı nömrəsinə göndərilən mesajın mahiyyəti ilə tanışlıq üçün Mingəçevir şəhər Dövlət Yol Polisi bölməsinə gedib. Orada sürücüyə bildirilib ki, cərimə guya "Toyota" markalı maşınla Şamaxıda radara düşdüyü üçün tətbiq olunub.
"Onlara bildirdim ki, son bir neçə il ərzində Mingəçevirin ən yaxşı halda 20-30 kilometrliyində olan yaşayış məntəqlırində olmuşam. Şamaxıya isə, ümumiyyətlə, yolum düşməyib. Mənim "Toyota" markalı maşınım da yoxdur. Şəxsi avtomobilim "Mercedes" markalıdır və dövlət qeydiyyat nömrəsi də fərqlidir", - deyə R.Əfəndiyev qeyd edib.
O, məsələ ilə bağlı 102 xidməti-zəng mərkəzinə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Avtosfer.az a bildirib ki, nöqsan artıq aradan qaldırılıb:
“Sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası silinib.”
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












