Moped və motosiklet sürücülərinə XƏBƏRDARLIQ - EKSPERT DANIŞDI

"Mopedlər, motosikletlər "Yol Hərəkəti" haqqında qanuna uyğun hərəkət etməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspertin sözlərinə görə, qanunvericilikdə adı keçən nəqliyyat növlərindən biri mopeddir: "Moped sürücülərinin məsuliyyətləri qanunda nəzərdə tutulub. Mopedlər ümumi istifadə olunan yolun sağ çiyni ilə təhlükəsiz şəkildə hərəkət etməlidir. Heç bir nəqliyyat vasitəsinə səkidə hərəkət etməsi üçün icazə verilmir. Motosikletçilərin də qayda pozuntuları çoxalıb. Bəzi sürücülər nömrəni çıxarıb moped adı ilə idarə edirlər ki, cərimə yazılmasın. Yol ayırıclarında kobud qayda pozuntusuna səbəb olurlar. Avtomobillərin arası ilə sürətli hərəkət edirlər. Artıq avtomobil sürücüləri mopedlərdən ehtiyyat edir. Svetoforun qırmızı ışığında keçirlər, piyada keçidlərində piyadalara yol vermirlər. Mən dəfələrlə qəza videolarının şahidi olmuşam. Piyada keçidində piyadanı vuran moped sürücüləri belə var. Ona görə bu barədə ciddi tədbirlər görülməlidir. Nəzarət mexanizmi bu baxımdan daha da gücləndirilməlidir".
Elməddin Muradlı sözlərinə əlavə edərək qeyd edib ki, pandemiya dövründə obyektlərin əksəriyyətinin onlayn xidmətlərdən istifadə etməsinin şahidi olduq: "Perspektivdə bu onlayn xidmətlərin aparılması qaydası nəzərə alınacaq və daha da geniş sahələri əhatə edəcək. Genişlənməsi haqqında danışarkən bu istiqamətdə qaydaların və qanunların işləməsi üçün ciddi addımlar atılmalıdır. Belə olmadıqda gələcəkdə daha çox problemlər yaşana bilər. Bu gün bu barədə zəruri tədbirlər görülməlidir ki, gələcəkdə bu sahələr normal şəkildə inkişaf edə bilsin. Onlayn xidmət göstərən moped və motosiklet sürücülərinin qoruyucu dəbilqədən istifadə etməsi kimi məsələlər öz həllini tapmalıdır. Motosiklet sürücülərinin sürücülük vəsiqələri yoxlanmalıdır. Bəziləri hətta sürücülük vəsiqəsi olmadan bu nəqliyyat vasitələrindən istifadə edirlər".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












