Motosikletçidən təhlükəli ŞOU: Qaydaları pozub görüntüləri paylaşdı - ANBAAN VİDEO

Sosial şəbəkə seqmentlərində yayılmış videogörüntü ilə bağlı hazırda araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Baku.ws-ə bildirib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir həyata keçiriləcək.
Qurum rəsmisi əlavə olaraq qeyd edib ki, təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi bu tip nəqliyyat vasitəsini idarə edən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər sürücülərin həyat və sağlamlıqlarını təhlükə altına atırlar. Araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
Bakıda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər etməsi narazılıq doğurub.
Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisənin müxtəlif vaxtlarda paytaxtın Yasamal rayonu ərazisində qeydə alındığı bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə motosiklet sürücülərinin hərəkət zamanı ön təkəri havaya qaldıraraq yüksək riskli hərəkətlər etdiyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atdığı görünür.
Kadrlardan aydın olur ki, sürücülər bu təhlükəli manevrləri ictimai istifadədə olan yollarda nümayiş etdirir və çəkilən videoları daha sonra sosial media hesablarında paylaşırlar.
Sözügedən kadrları təqdim edirik:
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












