Nəzarətsiz yola çıxan azyaşlı özünü ölümə atdı - ŞOK VİDEO

Bakıda ölümə gedən azyaşlının videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nazim Hacıyev küçəsində qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsinə diyircəkli ayaqqabı ilə çıxan azyaşlı avtomobillərin üzərinə doğru hərəkət edib. Görüntünü qeydə alan avtomobilin sürücüsü yolayrıcına daxil olan zaman onu vurmaqdan son anda xilas olub.
Burada günah təbii ki, piyadadadır. Lakin azyaşlının bu cür məsuliyyətsiz hərəkətinin səbəbkarı onun valideynləridir. Hər bir valideyn evdə öz övladına düzgün tərbiyə verməli və düzgün istiqamətləndirməlidir. Tərbiyənin bir hissəsi də yolda, küçədə, ictimai yerlərdə hərəkətlə bağlıdır. Uşaqlara piyada keçidindən keçməyi, səkilərlə hərəkət etməyi, yolun hərəkət hissəsinə çıxmamağı və ümumiyyətlə yolda təhlükəsiz hərəkətin vərdişlərini hər bir valideyn öyrətməlidir. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, bu məsələdə çoxları maraqlı deyil və özləri qayda pozmaqla uşağına pis nümunə olur. Nəticədə uşağı yol nəqliyyat hadisəsi nəticəsində həlak olanda üsyan edir. Bir daha bildiririk ki, belə hadisələrin baş verməməsi üçün öncə valideyn uşaqlara nümunə olmalı, sonra onları düzgün istiqamətləndirməlidir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












