“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO

Paytaxtın Nizami rayonunda yol hərəkəti qaydalarını kobud şıkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 23-də saat 18:00 radələrində Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Belə ki, 77-HG-063 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü əvvəlcə hərəkət etdiyi zolaqdan qəfil sola manevr edərək digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradıb. Daha sonra o, qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb. Qısa müddət sonra sürücü yenidən öz zolağına qayıdıb və sağa dönmək üçün sağ zolağa manevr edib.
Sürücünün bu cür manevrləri həm hərəkətin təhlükəsizliyini pozur, həm də digər sürücüləri qəfil vəziyyətlərə reaksiya verməyə məcbur edir. Hər bir sürücü yol nişanlanma xətlərinin tələblərinə əməl etməli və manevrləri təhlükəsiz şəraitdə yerinə yetirməlidir.
Nərmin
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO












